9.1 C
Baku
Wednesday, November 6, 2024

“Bank of Baku”nun bölüşdürülməmiş mənfəəti ₼91 mln.-u ötüb – Hələ səhmdarlarına dividendlər də ayırıb!

“Bank of Baku” ASC-nin 2022-ci il üzrə kənar audit tərəfindən aparılan maliyyə nəticələri məlum olub.

Banker.az xəbər verir ki, audit hasabatını “Baker Tilly” aparıb.

Hesabat zamanı məlum olur ki, bank 2022-ci ili yüksək nəticələrlə tamamlayıb. Bank il üzrə 40.09 milyon manat xalis mənfəət əldə edib. 2021-ci ildə onun xalis mənfəəti 33.28 mln. manat idi.

Bankın faiz gəlirləri illik müqayisədə 43% artaraq 90.2 mln. manat olduğu halda, faiz xərci 32% artaraq 25.33 mln. olub. Bu da bankın xalis faiz gəlirinin 64.87 mln. manat olması deməkdir.

Bank faizlə bağlı olmayan gəlir xərcləri fərqindən isə 1.19 mln. manat mənfəət edib.

“Bank of Baku” işçilərinə 2021-ci ildən 27% yuxarı, yəni 25.64 mln. manat xərc çəkib.

1 yanvar 2023-cü il tarixinə bankın balansında 91.22 mln. manat həcmində arda-arda illərdir etdiyi mənfəətlər yığılıb. Bir faktı qeyd edək ki, bankın səhmdarları bu banka cəmi 52.87 mln. manatlıq kapital yatırıb.

2021-ci ildə bank 6 mln. dividend, 2022-ci ildə isə 9.5 mln. manat dividend elan edib. Bankın audit hesabatında öhdəliklər hissəsində dividendlər yer almadğını nəzərə alsaq, bu həm də dividendin ödənişinin edilməsi deməkdir.

İri xalis mənfəətə rəğmən səhmdarlar bankdan daha az dividend götürüblər. Bu əslində bankın kapital mövqeyinin güclü qalması üçün vacib amildir. İlin əvvəlində bankın 694.4 mln. manat cəmi aktivi var ki, bunun da 550.66 mln. manatı müştərilərinə verilən kreditlərdir. Bankın 546.54 mln. manat öhdəliyi var və burada əsas pay müştərilərə aid 369.77 mln. manatlıq hesablardır (tələbli və müddətli depozitlər).

 

Son xəbərlər
Digər xəbərlər