“Bank of Baku”nun 2019-cu ilin 9 ayında xalis mənfəəti 32,276 mln manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə bankın xalis mənfəəti 3,128 mln manat olub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
2019-cu ilin oktyabr ayının 1-nə “Bank of Baku”nun faiz gəlirləri 31,683 mln manat, qeyri-faiz gəlirləri 6,339 mln manat, faiz xərcləri 8,817 mln manat, qeyri-faiz xərcləri isə 64,471 mln manat təşkil edib.
“Bank of Baku”nun cəmi aktivləri illik müqayisədə 1,2% azalaraq 298,131 milyon manat olub. Bankın 194,036 mln manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib.
Bu ilin 9 ayında bankın cəmi öhdəlikləri 14% azalaraq 226,544 mln manat, cəmi kapitalı isə 81% artaraq 71,588 mln manat olub.
“Bank of Baku”nun depozit portfeli 162,502 mln manat təşkil edib ki, bu da ötən ilin analoji dövrüylə müqayisədə 4% artım deməkdir.