5 C
Baku
Thursday, February 22, 2024

“Bank of Baku”nun depozit portfeli ilin əvvəli ilə müqayisədə artıb

“Bank of Baku” ASC (BoB) yanvar-sentyabr aylarına olan maliyyə göstəricilərini açqılayıb.

Banker.az bu barədə BoB-un yaydığı hesabata istinadən məlumat verir.

Məlumata görə, Bankda müştərilərin depozit portfeli ilin ilk rübü ilə müqayisədə artaraq 272 mln. manatdan çox olub. Qeyd edək ki, bu rəqəm ilin ilk rübündə 270,3 mln. manat idi. Bankın öhdəlikləri ötən rüblə müayisədə azalaraq 393,2 mln. manata düşüb.

Hesabata görə, Bankın aktivlərində artım daha çox qiymətli kağızlar portfelində olub. Belə ki, ilin ilk ayında 31,6 mln manat olduğu halda 3-cü rüb bu rəqəm 49,3 mln. manata qədər artıb. Hazırda bu bankın aktivləri 433,7 mln. manat, cəmi kapitalı isə 40,5 manatdır.

 

Son xəbərlər
Digər xəbərlər