9 C
Baku
Tuesday, December 24, 2024

“Bank of Baku”nun İdarə Heyətinə yeni sədr, Müşahidə Şurasına isə yeni üzv təyin edilib

“Bank of Baku” ASC-nin İdarə Heyətinin sədri dəyişib.

Banker.az bu barədə əldə etdiyi məlumata görə, Filiz Yunus Emre Ali bankın yeni sədri təyin edilib.

Buna qədər isə bu post Həmidov Eldar Elman oğlunda idi.

Filiz Yunus Emre Ali buna qədər “Bank of Baku”nun Müşahidə Şurası üzvü idi. O, 2015-ci ilin yanvarından bu vəzifədə idi. Müşahidə Şurasında isə onu Rəhimli Həqiqət Nadir qızı əvəzləyib. Rəhimli Həqiqət buna qədər Audit Komitəsində çalışırdı.

Yunus Emre Filiz həmçinin, 2018-ci ilin mayından bankın səhmdarlarından biri “NAB Holding”ın icraçı direktoru idi.

Son xəbərlər
Digər xəbərlər