“Bank of Baku” ASC-nin rəhbərliyinə yeni təyinat baş tutub. Əli İbrahimov bankın İdarə Heyəti sədrinin müavini təyin olunub.
Banker.azın verdiyi məlumata görə, hazırda bankın İdarə Heyətinə 3 nəfər – Eldar Həmidov (sədr v.i.e), Əli İbrahimov və Həsən Quliyev daxildir. Bankın həmçinin 2 sahə direktoru vardır – Natiq Nurəliyev və Tural Məmmədov.