15 C
Baku
Friday, November 15, 2024

“Bank of Baku”nun işçi sayı açıqlandı

“Bank of Baku” ASC-nin son bir ildə işçi sayı açıqlanıb.

Banker.az banka istinadən xəbər verir ki, işçi sayı 1 yanvar 2024-cü il tarixinə 895 nəfərə çatıb.

Ötən ilin aprelin 1-nə işçi sayı 841 nəfər, iyulun 1-nə 880 nəfər, oktyabrın 1-nə isə 879 nəfər təşkil edib.

Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,9 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin “NAB Holding”inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik, “AFB Bank” ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i “Azpetrol Neft Şirkəti” MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər