5 C
Baku
Friday, February 23, 2024

“Bank of Baku”nun mənfəəti 2 dəfədən çox artıb, bank daha da böyüyüb – Maliyyə vəziyyəti

“Bank of Baku” ASC 2021-ci ilin ilk rübünü 4 milyon 110 min manat xalis mənfəətlə başa vurub. 2020-ci ilin eyni dövründə isə bank 1 milyon 968 min manat mənfəətlə çıxmışdır. Belə ki, “Bank of Baku”nun bu il mənfəəti 2 dəfədən çox artıb.

Banker.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ ARTIB

Yanvar-mart aylarında “Bank of Baku”nun gəlirləri 17 milyon 359 min manat (illik müqayisədə 7.8% çox), xərcləri 13 milyon 174 min manat (0.5% çox) təşkil edib. Ötən ilin eyni aylarında isə bankın cəmi gəlirləri 16 milyon 109 min manat , cəmi xərcləri 13 milyon 111 min manat olub.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu il aprelin 1-nə “Bank of Baku”nın aktivləri 432 milyon 231 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 5.5% çoxdur. Bunun 355 milyon 393 manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ilin 3 ayında Bankın kredit portfeli 5.2% böyüyüb.

İSTEHLAK, BİZNES VƏ DAŞINMAZ ƏMLAK KREDİTLƏRİ ARTIB

Cari ilin birinci rübündə “Bank of Baku”nun istehlak kreditləri 229 milyon 713 min manatdan 238 milyon 533 min manata, biznes kreditləri 94 milyon 941 min manatdan 101 milyon 873 min manata, daşınmaz əmlak kreditləri 13 milyon 293 min manatdan 14 milyon 988 min manata yüksəlib.

DEPOZİT PORTFELİ ARTIB

Hesabat dövründə “Bank of Baku”nun öhdəlikləri 5.5% artaraq 351 milyon 339 min manata, o cümlədən depozit portfeli 5.7% artaraq 204 milyon 503 min manata çatıb. Fiziki şəxslərin depozitləri 181 milyon 48 min manat, hüquqi şəxslərin depozitləri isə 23 milyon 455 min manat təşkil edib. Həmçinin bankın cəmi kapitalı 6% artaraq 80 milyon 892 min manat olub.

Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52.9 milyon manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin “NAB Holding”inə, 31.1%-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100%-lik, “AFB Bank” ASC-nin isə 99.6%-lik səhmdarı), 28.9%-i “Azpetrol” neft şirkətinə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

b1 b2

Son xəbərlər
Digər xəbərlər