8 C
Baku
Wednesday, October 30, 2024

“Bank of Baku”nun Müşahidə Şurasına yeni təyinatlar olub

“Bank of Baku”nun rəhbərliyinə yeni təyinatlar olub.

Quliyev Rasim Mithət oğlu, Əliyev Mayis Nəbi oğlu və Nurməmmədov Elkin Abdul Qəni oğlu bankın Müşahidə Şurasının yeni üzvləri seçilib. Bununla da, “Bank of Baku”nun Müşahidə Şurasının tərkibi 8 nəfərdən ibarət olub.

Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i “NAB Holdinq”ə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova, 28,9%-i “Azpetrol Neft Şirkəti” MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər