“Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclası keçiriləcək.
Banker.az Bankın açıqlamasına istinadən xəbər verir ki, iclas 16 yanvar 2023-cü il tarixində keçirləcək.
Məlumatda qeyd edilib ki, iclasın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib. Gündəlik üzrə materialları göstərilən ünvandan əldə etmək olar.
Xatırladaq ki, “Bank of Baku” ASC 52.87 manat nizamnamə kapitalına sahibdir. Onun səhmdarları “NAB Holding” (35%), Hikmət İsmayılov (31.11%), “Azpetrol Neft Şirkəti” MMC (28.89%) və Elçin İsayevdir (5%).