25 C
Baku
Friday, April 19, 2024

“Bank of Baku”nun yeni sədri kimdir?

Ölkənin qabaqcıl banklarından olan “Bank of Baku”nun İdarə Heyətinin sədri dəyişib.

Belə ki, bankın İdarə Heyətinin sədrliyi Həsən Quliyevə həvalə olunub.

Həsən Quliyev karyerasına 2006-cı ildə başlayıb, ümumilikdə 18 illik peşəkar təcrübəyə sahibdir. Bu təcrübənin 14 ilini “Bank of Baku”dakı fəaliyyəti əhatə edir.

Həsən Quliyev “Bank of Baku”dakı işinə 2010-cu ildə ilk olaraq Daxili audit departamentinin direktoru olaraq başlayıb, daha sonra Risklərin idarəedilməsi departamentinin direktoru vəzifəsinə təyin olunub. 2017-ci ilin martından İdarə Heyətinin üzvü seçilib və yanaşı olaraq Baş risk inzibatçısı vəzifəsini yerinə yetirib. 2021-ci ildən isə “Bank of Baku”nun İdarə Heyəti sədrinin I müavini kimi Biznes sahəsini kurasiya edib.

Həsən Quliyev bakalavr təhsilinə Azərbaycan Dövlət İqtisad Universitetində (Xüsusi istedadlar qrupu – XİQ) yiyələnib. O, təhsilini magistr dərəcəsi ilə davam etdirərək öncə UNEC-də maliyyə üzrə MBA, sonra ADA Universiteti – “Maastricht School of Management”də EMBA təhsili alıb.

Qeyd edək ki, “Bank of Baku” 30 ildir ki, fəaliyyət göstərir və 1 milyondan çox müştəriyə müxtəlif bank xidmətləri təqdim edir.

Son xəbərlər
Digər xəbərlər