“Bank of Baku” ASC-də 2 yeni təyinat olub.
Banker.az-ın məlumatına görə, Əhməd Əhmədov “Bank of Baku”nun Reklam və PR departamentinin direktoru, Mənsur Məmmədov isə “Bank of Baku”nun Biznesin inkişafı departamentinin direktoru təyin edilib.
Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,9 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin “NAB Holding”inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik, “AFB Bank” ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i “Azpetrol Neft Şirkəti” MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.