18 C
Baku
Sunday, September 8, 2024

“Bank of China” Rusiyadan Aİ və ABŞ banklarına köçürmələri məhdudlaşdırıb

Bəzi Rusiya bankları öz müştərilərinə “Bank of China”nın Avropa İttifaqı, İsveçrə, Böyük Britaniya və ABŞ-dakı banklara, eləcə də onların Çindəki filiallarına yuanla vəsait köçürmək üçün artıq müştəri ödənişlərini qəbul etmədiyini bildirib. Məlumata görə, ödənişlərin qəbulu iyunun 13-də dayandırılıb.

Banker.az bu barədə TASS-a istinadən xəbər verir.

Nəşr qeyd edir ki, istisna “Bank of China” qrupunun resipiyent banklarıdır.

“UniCredit Bank” da müştərilərinə yuanla pul köçürmələrinin dayandırılması barədə məlumat verib. “13.06.2023-cü il tarixindən etibarən “Bank of China” (Rusiya) Aİ, İsveçrə, Böyük Britaniya, ABŞ (bu ölkələrdəki bankların xarici filialları da daxil olmaqla) bankları tərəfindən xidmət göstərilən alıcıların xeyrinə Çin yuanı ilə ödənişləri qəbul etmir”, – bankın açıqlamasında bildirilir.

Son xəbərlər
Digər xəbərlər