24 C
Baku
Thursday, September 29, 2022

Bank olmayan kredit təşkilatına cərimə protokolu yazılıb

Azərbaycanda bank olmayan kredit təşkilatına (BOKT) cərimə protokolu yazılıb.

“M Bulak” BOKT barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Aygün Qurbanovanın icraatına verilib. Məhkəmə iclasının vaxtı hələ məlum deyil.

Bu xətaya görə, fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.

 

 

Son xəbərlər
Oxşar xəbərlər