Rusiyanın “Alfa-Bank” bankı MasterCard ilə birgə PayPass texnologiyası ilə işləyən və daxilində debet bank kartı quraşdırılmış qol saatlarının buraxılmasına başlamışdır. Qeyd edək ki, yeni yaradılan saatlar AlfaPay adlanır.
AlfaPay saatları ilə PayPass texnologiyasını dəstəkləyən terminallarda ödəniş etmək mümkün olacaq. Bankdan verilən məlumata görə, 1000 rubla qədər olan alış-verişlər üçün pin-kodla təsdiqetmə tələb edilməyəcək.
AlfaPay saatları Avstriyanın watch2pay şirkəti tərəfindən yaradılmaqla, ağ və qara rəngdə mövcuddur.