2019-cu ildə “Bank Avrasiya”nın biznes kreditləri 63 milyon 131 min manat təşkil edib. Belə ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bankın müştərilərə verdiyi biznes kreditləri 2019-cu ildə 7 milyon 982 min manat və yaxud 11% azalıb.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
“Bank Avrasiya”nın 2019-cu ildə müştərilərə verdiyi istehlak kreditləri isə 1 milyon 586 min manat və yaxud 31,4% azalaraq 3 milyon 471 min manat düşüb.
Bankın 2019-cu ildə müştərilərə verdiyi daşınmaz əmlak krediti isə illik müqayisədə 2 dəfəyə yaxın artaraq 42 milyon 649 min manata çatıb.