9 C
Baku
Thursday, December 12, 2024

Bank, problemli kreditlər və onların həlli istiqamətləri

Bank haqqında danışarkən ilk öncə bank anlayışının mənşəyi haqqındakı materiallara nəzər yetirməyimiz daha doğru olardı. Məhz bu məlumatlar bankın tarixini, iş prinsiplərini, onun mahiyyətini, funkisiya və xarakteristikalarını öyrənməyimizə köməklik edə bilər

Bank idarələrinin fəaliyyət istiqamətləri müxtəlifdir ki, bu müxtəlifliyə bankların pul dövriyyəsinin təşkil olunmasını, kredit əməliyyatlarının həyata keçirilməsini, xalq təsərrüfatının bir sıra sahələrinin maliyyələşdirilməsini, qiymətli kağızların alqı-satqısını həyata keçirilməsini və s. aid etmək olar.

Biz bankı ilk öncə xüsusi bir məhsul istehsal edən müəssisə kimi də qeyd edə bilərik ki, bankın istehsal etdiyi məhsul da məhz puldur. Pul ilə yanaşı bank pula alternativ olan bir sıra başqa məhsullar da istehsal edə bilər. Lakin digər saneyə müəssisələrindən fərqli olaraq bankda əsas istiqaməti hər hansısa bir məhsul istehsal edib satış həyata keçirmək deyil, bank fəaliyyətinin əsas məqsədi insanlarda olan pulları banka cəlb edib daha sonra bu pulları üçüncü bir tərəfə verərək əlavə faiz gəlirləri əldə etməkdən ibarətdir ki, bu da bankı digər müəssisələrdən fərqləndirir. Ancaq bank bu vəsaitlərini pul məbləği kimi deyil, məhz kapital kimi təqdim edir. Yəni digər bir tərəfə verilmiş kredit nəinki borc götürən üçüncü tərəfin təsərrüfatında dövr etməli, eləcə də bu vəsait hər hansı bir fəaliyyətində istifadə olunaraq yeni dəyər yaradaraq artırılmaqla banka faiz şəklində geri qaytarlımalıdır. Buradan belə bir nəticəyə gələ bilərik ki, bank  cəlb olunmuş vəsaiti üçüncü bir tərəfə qaytarılmaq və əlavə faiz ödənmək şərti ilə verən bir müəssisədir.

Bank sənaye müsəəsisəsi deyil, bir növ ticarət müəssisəsidir, vasitəçidir. Bir sıra hallarda ölkədəki iri ticarət müəssisələri də bankın bir sıra funksiyalarını da yerinə yetirə bilər. Məsələn iri ticarət müəssisələri digər müəssisələrə və ya hüquqi şəxslərə iri həcmli kreditlər ayıra bilər Lakin ticarət müəssisələri ilə banklar arasında bir sıra fərqli xüsusiyyətlərdə vardır ki, bunlara aşağldakıları aid etmək olar:

  • Ticarət müəssisələrində əməliyyat zamanı mülkiyyət hüququ alıcıdan satıcıya keçir. Kredit zamanı isə bu proses baş vermir, yəni ikinci bir tərəfə verilmiş borc vəsait müvəqqəti xarakter daşıyır.
  • Ticarət əməliyyatlarında ticarət müəsissəsi özünə məxsus məhsulu ikinci bir tərəfə satır. Bankda isə bu bir qədər fərqlidir, yəni, bank bir tərəfin pulunu digər bir tərəfə verməklə əlavə faiz gəliri əldə edir.
  • Ticarətdə satıcı alıcıdan məhsulun qiyməti qədər pul vəsaiti aldığı halda bank kredit əməliyyatında digər tərəfdən pul vəsaiti ilə yanaşı əlavə faiz gəliri də alır.

Hazırda ölkəmizdə fəaliyyət göstərən kommersiya banklarının əsas fəaliyyət istiqaməti məhs kreditlərin verilməsidir ki, bu kreditləri də aşağıdakı kimi təsnəfləşdirmək olar.

  • Dövlət kreditləri – borc alan və ya borc verən tərəflərdən birinin dövlət olduğu kreditlərdir.
  • Beynəlxalq kredit – pul kapitalının ölkələr arasında beynəlxalq səviyyədə hərəkət etdiyi kredit növüdür.
  • İstehlak kreditləri – əhaliyə gündəlik istehlak xərclərinin ödənilməsi məqsədi ilə verilmiş kreditlərdir.
  • Kənd təsərrüfatə kreditləri – əhaliyə kənd təsərrüfatı işlərinın maliyyələşdirilməsi, kənd təsərrüfatının daha da inkişafı etdirilməsi ilə verilmiş kreditlərdir.
  • İpoteka kreditləri – Əmlakın girov qoyulması əsasında verilmiş kreditlərdir.

Verilmiş bütün kreditlər bankın kredit portfelində cəmləşir ki, ölkəmizdəki bankların kredit və deposit portfellərinə nəzər yetirsək son bir neçə ildi bu rəqəmərdə ciddi dəyişikliklərin olduğunu görə bilərik. Bunun da əsas səbəbi isə məhs milli valyutamız olan manatda devalivasiyanın olmasıdır. Bu devalivasiyanın olması ölkəmizdə kredit və deposit portfellərində bir sıra çatışmazlıqların yaranmasına, bank sistemindəki bir sıra nöqsanların yaranmasına səbəb olmuşdur.

Bankların 2018-ci ilin 1-ci rübündə verilmiş kredit portfeli aşağıdakı kimidir.

  1. Azərbaycan Beynəlxalq Bankı- 1.670.399
  2. Xalq Bank- 1.322.549
  3. Kapital Bank- 1.213.518
  4. PaşaBank- 977.875
  5. AccesBank- 491.163

12005-2014-ci ildə ölkəmizdə iri investesiyaların qoyuluşları, güclü iqtisadi artımın baş verməsi ölkəmizdəki bank sektorunun da müəyyən qədər canlanmasına səbəb olmuşdur. Bu dövrdə ölkədəki bankların kredit portfelinin ümümi həcmi 30 dəfəyə qədər yüksəlmişdir. Kredit portfeli ilə yanaşı bank və digər təçkilatlardakı deposit portfellərinin də həcmində də müəyyən qədər yüksəliş qeydə alınmışdır. 23

Qrafiklərdə də əks oldunduğu kimi 2005-2014-ci illərdə cəmi kredit qoyuluşları 19.3 %, 2010-2014-ci illərdə isə cəmi depozit və əmanət qiyuluşları isə 32.8% yüksəlmişdir. Lakin 2014-ci ildən edibarən neft qiymətlərinin kəskin düşməsi və ölkəmizin “üzən valyuta məzənnə rejminə” keçməsindən sonra milli valyutada olan devalivasiya ölkə iqtisadiyyatının inkişaf tempini pozmuş və bunun nəticəsində də banklardakı problemli kreditlərin həcmində artmalara səbəb olmuşdur, milli valyutaya inamın azalması da öz növbəsində milli valyuta ilə qoyulan depozitlərin həcminin müəyyən qədər azalması ilə nəticələnmişdir. Bu kimi problemlərin yaranması səbəbindən bir sıra banklar öz fəaliyyətini dayandırmışdır.

Bu hadisələrdən sonra banklardakı kredit və depozit portfellərinin həcmindəki dəyişiklik aşağıdakı qrafikdə əks olunmuşdur.

45Qrafiklərdəndə göründüyü kimi son hadisələrdən sonra banklarda olan kredit portfelində illik azalma 7.2 %, depozit hesablarında isə illik azalma 1.4% olmuşdur.

Ölkədəki iqtisadi çətinliklərin ən çox təsir göstərdiyi sahələrdən biri də məhs banklardakı problemli kreditlər olmuşdur. Belə ki, 2014-ci ilin sonunda 5.3% olan problemli kredit həcmi 2017-ci ilin II rübündə 14.1%-ə qədər yüksəlmişdir.

Problemli kreditlərin artması ilə əlaqədar olaraq bank sektrounda beynəlxalq təcrübə nəzərə alınaraq problemli kreditlərin həll olunması istiqamətində hüquqi bazanın yaradılması məqsədi ilə bir sıra ciddi addımlar atılmışdır. Mərkəzi Bankın verdiyi məlumatlara əsasən deyə bilərik ki, hal hazırda problemli kreditlərin həcmi 1.6 mlr manat təşkil edir ki bu da ümumi kredit portfelinin 14%-ni təşkil edir. Lakin iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin iqtisadiyyatlarına nəzər salsaq bu göstəricinin 3-5% intervalında hərəkət etdiyini görə bilərik. Problemli kreditlərin say həcminə görə baxdığımız zaman isə görə bilərik ki, problemli kreditləri olan vətəndaşların sayı 2.5 mln nəfər edir ki, bu da ölkədə hər ailədə ən azı bir vətəndaşın problemli kreditinin ölduğunu deməyə əsas verir. Hazırda problemli kreditlərin həll olunması istiqamətində bir sıra işlər aparılır ki, bu sahədə də beyməlxalq təcrübədə istifadə olunmuş bir sıra metodlardan istifadə olunur.

Devalivasiyadan 3 il keçməsinə baxmayaraq hal hazırdada problemli kreditlər portfelini kifayət qədər azaltmaq olmamışdır. Bunun əsas səbəbi isə hələ də bu istiqamətdə hər hansısa bir çıxış yolunun seçilməməsidir.

Araşdırmamın nəticəsi olaraq problemli kreditlərin həlli istiqamətində bu təklifləri irəli sürə bilərəm ki, problemli kreditlərdə devalivasiya nəticəsində artmış məbləğ sadəcə kredit götürən şəxs tərəfindən ödənilməsin. Bu məbləğ 2 (krediti verən bank və kredit götürən tərəf) və ya 3 (krediti verən bank, kredit götürən tərəf və dövlət) tərəf arasında bölüşdürülsün.

Nümunə: Devalivasiya öncəsi 10.000 dollar kredit götürən şəxsin 7800 AZN borcu olduğu halda, devalivasiya sonrası bu məbləğ 17.000 AZN-ə qədər yüksəlmişdir və bu zaman 9.200AZN yalnız kredit götürən tərəfin öhdəliyinə hesablanması kredit ödənişində çətinliyin yaranmasına, ödənişlərin gecikməsinə və bir çox halda kredit ödənişində problemlərin yaranmasına səbəb olur. Lakin artmış  9.200 AZN məbləğin 2 və ya 3 tərəf arasında bölüşdürülməsi zamanı kredit götürən tərəf üzərinə düşən elavə borc öhdəliyinin az olması zənnimcə ölkədə problemli kredit portfelinin kifayət qədər azalmasına təsir edəcəkdir.

Problemli krediti olan 100 müştəri ilə apardığım sorğudan belə bir nəticəyə gəlmək olar ki, kredit ödəyən müştərilərdən 65%-nin əsas problemi eyni zamanda bir neçə banka kredit öhdəliyinin olmasıdır. Kreditlərin ödəniş tarixlərinin təqvim ayının müxtəlif günlərdə olması və faiz dərəcələrinin yüksək olması müştərilərin əsas şikayət etdiyi problemlərdir. Lakin hazırda respublikamızda 25 ildir ki, fəaliyyət göstərən Rabitəbankın aşağı faizli və uzun müddətli “Transfer kredit”-i müştərilərə bir neçə bankda olan kreditlərini bağlamaq üçün aşağı faizlə (19%) və  uzun müddətlə (36 aya qədər) yalnız bir banka ödəmək imkanı verir.

Müəllif: İlkin Əliyev

Son xəbərlər
Digər xəbərlər