Aktivlərinin həcminə görə ölkənin ən böyük özəl bankı – PAŞA Bank Kiçik və orta sahibkarlar üçün təklif etdiyi məhsul və xidmətlərlə daim sahibkarın yanındadır. Bu məqsədlə Bank öz məhsul və xidmətlərini müştərilərin tələblərinə uyğun olaraq müntəzəm qaydada təkmilləşdirir. Hazırda sahibkarlar yerli tenderlərdə iştirak üçün tələb olunan qarantiyaları Banka müraciət edərək cəmi 1 günə rəsmiləşdirmək imkanı əldə edirlər.

Тenderin qalibi olan təchizatçıların işlərin yerinə yetirilməsindən imtina etmə riskini nəzərə alaraq Sifarişçi tender iştirakçılarından növbəti icra, avans və digər növ Bank qarantiyaları tələb edir. Bankın müştəriləri həmin Bank qarantiyalarını cəmi 1 günə girovsuz almaq imkanı əldə edirlər. Qarantiyanın alınması üçün istənilən sahibkar Banka müraciət edə bilər.

Kiçik və orta sahibkarlar üçün təkliflərimiz bununla da bitmir. Belə ki, 31 avqust tarixinədək Bankda onlayn hesab açan kiçik və orta sahibkarlar hesabı 50% güzəşt ilə açacaq, bir çox əməliyyatlara 50%-dək endirim əldə edəcək, yeni nəsil SMART Kassaların quraşdırılmasını pulsuz həyata keçirəcək və Gömrük kartını hədiyyə olaraq əldə edəcəklər.

Əgər Siz hələ PAŞA Bank müştərisi deyilsinizsə, cəmi 5 dəqiqəyə hesabınızı onlayn açıb, saytdan Sizə lazım olan qarantiyanı sifariş edə bilərsiniz.

Hesab açmaq üçün:: https://www.pashabank.az/digital_solutions/az/online_account

Bank qarantiyaları haqqında daha ətraflı məlumat almaq və Banka müraciət etmək üçün: https://www.pashabank.az/sme_banking/az/node/35