15 C
Baku
Friday, April 26, 2024

Bank rəhbərləri bir araya gəldi – Müzakirə

Ötən gün Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclası keçirilib.

ABA-dan verilən məlumata görə, iclasın əsas məqsədi bank sisteminin maliyyə vasitəçiliyinin artırılmasına dair verilmiş təkliflərin müzakirəsi və qiymətləndirilməsi olub.

ABA-ya üzv olan banklar tərəfindən hazırlanan təkliflər əsasən bank sisteminin sağlamlaşdırılmasına dövlət dəstəyi, eləcə də maliyyə bazarlarının fəaliyyətinin, hesablaşmaların və infrastrukturun təkmilləşdirilməsi ilə əlaqədar olub. Real sektorun kreditləşdirilməsinin bərpası və makroiqtisadi vəziyyətin sağlamlaşması trendinin gücləndirilməsi yönündə olan həll yolları isə əsas diqqət mərkəzində olan məsələlərdən olub.

Həmçinin iclasda hüquqi bazanın və tənzimləyici-normativ aktların təkmilləşdirilməsi istiqamətində təkliflər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda “Azericard” MMC ABA-nın üzvüdür.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər