15 C
Baku
Friday, March 29, 2024

Bank rəhbərləri hüquq-mühafizə orqanlarına müraciət etdi

Banker.aza daxil olan informasiyaya görə, bank rəhbərləri hüquq-mühafizə orqanlarına müraciət göndəriblər. Əsas kimi isə aşağıdakı məsələ gətirilib.

Son günlərdə bəzi şəxslər dələduzluqla məşğul olaraq,  sosial şəbəkələrdə, xüsusilə də whatsapp-da ölkənin bir sıra aparıcı bankları haqqında anti təbliğat çağırışlar yayırlar. Bu məsələnin araşdırılması və bu qanunsuz əməllərin aşkara çıxarılması üçün bir sıra kommersiya banklarının rəhbərliyi tərəfindən hüquq- mühafizə orqanlarına müraciət edilib. Ən qısa müddətdə bu dələduzluqla məşğul olan şəxs və ya şəxslərin şəxsiyyəti müəyyənləşdirilərək, qanunvericilik çərçivəsində tədbirlər görüləcək.

Kommersiya banklarının rəhbərləri bu dələduzluq əməllərini mövcud vəziyyətdən sui-istifadə edərək siyasi- iqtisadi stabilliyi pozmağa, bank müştəriləri arasında  məqsədli şəkildə təşviş yaratmağa yönəlmiş addımlar hesab edərək, bu qanunsuz əməlləri qəti şəkildə pisləyirlər. Yuxarıda qeyd olunan dələduzluq əməlləri  ilə bank sisteminin fəaliyyətinə kölgə salmaq və müştərilərində narahatlıq yaratmaq istəyənlərin əməlləri  qanunvericilik çərçivəsində  həllini tapacaq.

Son xəbərlər
Digər xəbərlər