16 C
Baku
Friday, April 26, 2024

Bank rəhbərlərinə nə qədər mükafat ödənilə bilər? – AÇIQLANDI

Azərbaycanda bankın rəhbərliyinə (Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin üzvləri) mükafat ödənişinə dair tələblər açıqlanıb.

Bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Sənədə əsasən, həm maliyyə ilinin yekun nəticələrinə, həm də mükafatın verilməsi barədə qərar qəbul edilən tarixə bankın qeyri-işlək aktivlərinin bankın məcmu aktivlərinə nisbəti göstəricisi (NPAB) ilə bank sektorunun qeyri-işlək aktivlərinin bank sektorunun məcmu aktivlərinə nisbəti göstəricisinə (NPAS) görə bankın rəhbərliyinə mükafatın ödənişi aşağıdakı tələblər nəzərə alınmaqla həyata keçirilməlidir;

1. NPAB ≤ NPAS – Bu halda ödənilən mükafatın həcmi il ərzində ödənilən vəzifə maaşının və əmək haqqına əlavələrin (və ya bankın səlahiyyətli idarəetmə orqanının qərarı əsasında əmək haqqı formasında təyin edilmiş muzd) ümumi məbləğinin 2 (iki) mislindən çox olmamaqla müəyyənləşməlidir.

2. NPAS < NPAB ≤ 1.25 × NPAS – Bu halda ödənilən mükafatın həcmi il ərzində ödənilən vəzifə maaşının və əmək haqqına əlavələrin (və ya bankın səlahiyyətli idarəetmə orqanının qərarı əsasında əmək haqqı formasında təyin edilmiş muzd) ümumi məbləğinin 1 (bir) mislindən çox olmamaqla müəyyənləşməlidir.

3. NPAB > 1.25 × NPAS – Bu halda mükafat ödənilməməlidir.

Qeyd edək ki, Standartlara əsasən, bu göstəricilər nəzərə alınmadan xarici bankın yerli filialının hər bir əməkdaşına, o cümlədən rəhbər işçisinə il ərzində verilən mükafatın həcmi ona il ərzində ödənilən vəzifə maaşının və əmək haqqına əlavələrin ümumi məbləğinin 2 mislindən artıq olmamalıdır.

APA

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər