16 C
Baku
Wednesday, May 15, 2024

Bank reklamlarına aldanmayın

Son zamanlar Azərbaycanda banklar müştəriləri cəlb etmək üçün aldadıcı reklamlardan istifadə edirlər və bəzən elə olur ki, hətta aldadıcı təkliflərlə müştəriləri özlərindan asılı vəziyyətə qoyurlar. Nəticə etibarı ilə müştəri aldanır və bunun nəticəsindədə ona lazım olan məbləği əldə edə bilmir. Digər banklara gedəndə isə artıq inamı olmur və öz kredit tarixini özü də bilmədən bankların aldadıcı təklifləri ilə zədələyir. Buna səbəb isə ölkəmizdə reklamlara olan nəzarətin güclü olmamasıdır.

Məsələn, banklar reklam yerləşdirərkən orada əsasən minimum şərtlər ilə maksimum məbləğ göstərirlər. Lakin reallıqda hər şey fərqli cür dayanır. Bu, yəni onların reklamda dediyi kimi minimum şərtlərlə maksimum məbləği ən azından 2 və ya 3-cü dövrdən sonra götürmək olar.

Yəni kredit tarixçəsi olmayan müştəriyə və ya banka ilk dəfə yaxınlaşan müştəriyə heç bir halda bu cür sərfəli şərtlərlə kredit verilmir.

Buna misal olaraq, banklar reklam edirlər ki, “ zaminsiz, illik 12 faizdən başlayan” kreditlər və ya “girovsuz 10 000 AZN məbləğə qədər” kreditlər “hamı üçün” .

1) Burada birinci növbədə “hamı üçün” kəlməsi düzgün deyilsiniz, əgər bankla əlaqə saxlasanız və desəniz ki, mən reklamda göstərilən kimi 12% illik faizlə kredit istəyirəm, bu zaman bank işçisi sizə deyəcək ki, bizdə minimum 24 faizlə kredit verilir. Yalnız depoziti olan müştərilərə illik 12 faizlə kredit verilə bilər.. Yəni həmin bank depozitə pulu illik 8 faizlə qəbul edir və depozit hesabına kredit verdiyi an depozit faizi + 4 faiz ilə kredit verir. Bu halda kreditin illik faiz dərəcəsi 12 % olur. Məlum olur ki, reklamda deyilən 12% əslində effektiv faizdir.

2) Sonra isə 2-ci halda reklamda söyləyirlər ki, kreditlər zaminsiz verilir. Bu zaman banka yaxınlaşsanız, söyləyəcəklər ki, yalnız müsbət kredit tarixçəsi olan müştərilərə iş yerindən arayış olmadan kredit verilə bilər. Lakin 1-ci dövr üçün müştərilərə iş yerindən arayış zəruridir.

3) Zaminsiz deyildiyi halda, kreditin alınması aldığınız kreditin məbləğindən, iş yerindən və aylıq əməkhaqqından asılıdır. Yəni ki, iş yeri ona görə zəruridir ki, bəzi şirkətlərin banklarla partnyorluqu var və bu şirkətin işçisi olduğu halda ondan ya əməkhaqqını təsdiq edən arayış tələb etmirlər (bunun səbəbi həmin şirkətin işçilərinin əməkhaqqını həmin bankdan almasıdır) və müştəridən hesabdan çıxarış istəyirlər. Burada da aylıq əməkhaqqı müvafiq sahədə təyinatı üzrə yerini tutur. Zamin isə şirkətin zaminliyi olur. Ya da məbləğ az olduğundan risk dərəcəsi əmək haqqına nisbətən az olduğu üçün zamin tələb edilmir, digər hallarda isə zamin mütləq tələb olunur.

Digər reklam olunan nüansa fikir versək söyləyirlər ki, girovsuz 10 000 AZN-dək kredit. Bu halda siz yaxınlaşıb 10 000 AZN götürmək istədiyiniz halda sizə söyləyəcəklər ki, yeni müştəri olduğunuz halda sizə 10 000 AZN verilməyəcək. Hər vəchlə sizi aldadıb banklarından asılı salmaq üçün yalan vədlər verəcəklər və bankın müştərisi olmaq üçün sizə öz məhsullarını satacaq və deyəcəklər ki, siz bankın müştərisi olduğunuz halda sizə sonrakı mərhələdə 10 000 AZN veriləcək.

Siz bunlara aldanaraq bu təklifi qəbul edəcəksiz. Bununla da bir növ həmin bankdan asılı vəziyyətə düşəcəksiniz. Hətta başqa banka müraciət etdiyiniz an MKR (mərkəzi kredit reyestrinda) həmin bankın məhsulları göründüyünə görə sizə ən yaxşı halda daha az təklif ediləcək və ya sifarişinizə imtina olunacaq. Bununla da banklara olan inamınız itəcək və digər banklarla maraqlanmayacaqsız. Sonra isə əvvəlki banka yaxınlaşaraq deyəcəksiz ki, həmin müddət bitdi. İndi istədiyim krediti götürə bilərəm? O halda da sizə başqa bəhanələr uydurulacaq: ya daxili təlimat dəyişib, ya həmin kredit mütəxəssisi çıxıb və ya hələ ki, maaşınız bizi qane etmir. Bununla da onlar yenidən öz məhsullarını sataraq, mənfəət əldə etmiş olacaqlar.

Nəticə etibarı ilə siz yenə də istədiyiniz məbləği əldə etmiş olmayacaqsınız və ancaq əlavə bank komissiyaları verərək əlavə itkilər edəcəksiniz. Bunun üçün bankların reklamlarına aldanmayaraq tam dəqiqləşdirərək qərar verin və öz kredit tarixinizi korlamayın. Seçim edərkən ətraflı düşünün.

Son xəbərlər
 ⁠
Digər xəbərlər