15 C
Baku
Saturday, May 18, 2024

Bank Respublika əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər

®Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Bank Respublika”nın əməkdaşları Ulu Öndərin adını daşıyan, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş ediblər.

Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən zirvəyə yürüş, əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə mütəşəkkil qaydada və təhlükəsizlik qaydaları çərçivəsində həyata keçirilib. 

Çətin relyefə, mürəkkəb keçidlərə və əlverişsiz hava şəraitinə baxmayaraq, Bankın əməkdaşları bütün maneələri dəf edərək “Heydər zirvəsi”nə qalxmağı bacarmış və Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

BR Heyder zirvesi 02a scaled

BR Heyder zirvesi 04a

Son xəbərlər
 ⁠
Digər xəbərlər