Bakı Fond Birjasında Azərbaycanda 1 mlrd. manatdan çox aktivlərə sahib olan “Bank Respublika” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Banker.az BFB-ya istinadla xəbər verir ki, hərrac 14 dekabr 2021-ci il tarixində bank 10 mln. manatlıq istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
16 dekabr 2021-ci il tarixində “Bank Respublika” ASC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
- Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2003002881
- İstiqrazların növü və forması: Faizli təmin edilməmiş sənədsiz adlı
- İstiqrazların sayı: 10 000 ədəd
- Nominal Dəyəri: 1 000 manat
- Ticarətə buraxlma tarixi: 16.12.2021
- İllik faiz dərəcəsi: 8.5%
- Tədavül müddəti: 2 il
- Kupon faizlərinin ödəniş müddəti: Hər 6 aydan bir
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.