Banker.azın bankın maliyyə hesabatlarına istinadən verdiyi məlumata görə, Bank Respublika 2015-ci ilin Oktyabr ayını 291 min manat ziyanla başa vurub. Qeyd edək ki, bankın zərəri 3-cü rüb , yəni 1 ay əvvəl 2.3 mln. manata bərabər idi.
Mənfəət və zərər hesabatından fərqli olaraq, bank aktivlərinin artımına nail olmuşdur. Beləki, 3-cü rüb ərzində bankın aktivləri sıçrayışla 60 artmasına baxmayaraq,bir aydan sonra bir qədər düşərək 735 mln. manata bərabər olmuşdur.
Bankın vaxtı keçmiş kreditlər portfeli ümumi kredit portfelinin 11.3% təşkil etmişdir. Bankın kredit portfeli Oktyabr ayının sonuna 306 mln. manat həcmində olub.