17 C
Baku
Friday, April 19, 2024

“Bank Respublika” “Bakı Sığorta”dakı payının bir hissəsini bu şirkətə satıb

“Ekolizinq” MMC “Bakı Sığorta” ASC-nin səhmdarı olub.

Bu barədə sığortaçının maliyyə hesabatınada deyilir.

Sənədə əsasən, indiyə qədər “Bakı Sığorta”nın səhmlərinin 57,9785%-nə nəzarət edən “Bank Respublika” ASC payının 6,6843%-lik hissəsini lizinq şirkətinə satıb. Son nəticədə Bankın payı 51,2943%-ə düşüb.

“Bakı Sığorta”nın səhmlərinin qalan hissələri isə əvvəlki qaydada “Diamond Motors”, “Subaru Azərbaycan” və “Yeni Motor” MMC-lərə (hər biri 9,375%), Murad Arif oğlu Rəhimova (6,9653%) və Behbud Çingiz oğlu Nəcəfova (6,9312%) məxsusdur.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə “Tural Sığorta” adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8 925 440 manatdır.

Report

Son xəbərlər
Digər xəbərlər