Əsas şərtlər:
| Müddət | 1ildən 10 ilədək |
| Faiz dərəcəsi | 12% – 15% |
| Məbləğ | 5 000 – 250 000 AZN |
| İlk ödəniş | 30% |
| Komissiya | 0,7% |
Tələb olunan sənədlər:
- Borcalanın (birgə borcalanın) şəxsiyyətini təsdiq edən sənəd və sənədin notarial qaydada təsdiqlənmiş surəti.
- Nikahın bağlanması (və ya boşanma) barədə şəhadətnaməsinin notarial qaydada təsdiqlənmiş surəti.
- Borcalanla birgə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti.
- Borcalanın (birgə borcalanın) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiqlənmiş surəti
- Borcalanın (birgə borcalanın) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti.
- Borcalanın (birgə borcalanın) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış və s.).
- İpoteka predmetinin qiymətləndirmə aktı.







