14 C
Baku
Friday, May 17, 2024

“Bank Respublika” bazarda mövqeyini bir qədər də möhkəmləndirir

Martın 30-da “Bank Respublika” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Banker.az bu barədə İdarə Heyətinin açıqladığı məlumata istinadən xəbər verir.

Növbədənkənar ümumi yığıncağıığıncağın gündəliyinə “Bank Respublika”nın yeni səhmlərinin dövriyyəyə buraxılması yolu ilə onun nizamnamə kapitalının artırılması, bununla əlaqədar Bankın nizamnaməsinə müvafiq dəyişiklik edilməsi, eləcə də kredit təşkilatının Audit Komitəsinin tərkibinə baxılması məsələləri daxildir.

Yığıncaq Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 21 ünvanında keçirləcəkdir.

Qeyd edək ki, yaxın zamanlarda bank səhm emisyasına başlamış və 10 mln. nizamnamə kapitalını artırmışdı. Hazırda bankın nizamnamə kapitalı 67 461 088.10 manatdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər