4 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Bank Respublika “Beynəlxalq Talassemiya Günü” ilə əlaqədar qanvermə aksiyası keçirib®

Ölkəmizdə çoxsaylı sosial layihələr həyata keçirən respublikanın aparıcı banklardan biri Bank Respublika, fəaliyətinin 28-ci ildönümü ərəfəsində Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində növbəti sosial layihələrindən birini həyata keçirib.

Bankın rəhbər və işçi heyətindən ibarət kollektivi, Azərbaycanın Birinci vitse-perzidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü xeyirxah təşəbbüsə qoşularaq, Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin rejimində qan ehtiyatı azalan talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyasına keçirib.

“8 may – Beynəlxalq Talassemiya Günü” ilə əlaqədar keçirilən aksiyada Bankın Bakı və regional filiallarının 150-ə yaxın könüllü əməkdaşı iştirak edib. 

Mərkəzi Qan Bankının peşəkar həkim kollektivinin dəstəyi ilə keçirilən aksiyanın əsas məqsədi Respublika Talassemiya Mərkəzində qeydiyyata alınmış və hər ay qan köçürülməsinə ehtiyac duyan uşaqlara dəstək olmaqdır.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

2 Qanverme3 Qanverme4 Qanverme6 Qanverme7 Qanverme

Son xəbərlər
Oxşar xəbərlər