Ban Respublika-nın “Avtoödəniş” xidməti – çox asan, tez və rahat.
“Avtoödəniş” xidməti indi də «Mobil Şöbə»də!
Müasir insanlar bir çox xidmətlərin, o cümlədən maliyyə xidmətlərindən aktiv istifadə edirlər. Bu xidmətlərin hər biri üzrə isə mütəmadi olaraq müxtəlif ödənişlər etmək, eyni zamanda bu işə vaxt və bir qədər əziyyət sərf eləmək tələb olunur. Belə bir durumda vacib ödəniş tarixini də asanlıqla unutmaq olar.Məhz belə hallar üçün nəzərdə tutulan“Avtoödəniş” xidməti indi də Mobil Şöbə əlavəsində əlavə edilib.
“Avtoödəniş” xidməti müasir həyat tərzinin nəbzini tuta bilən və vaxtına dəyər verməyi bacaranlar üçün çox qiymətli vasitədir.Bu xidmət bir müddət öncə İnternet Şöbə xidmətində təqdim edilib, bu gün isə Mobil Əlavədə də yer alıb. Şablonları tələb olunan formada tərtib etdikdən sonra istifadəçi hər dəfə eyni ödəniş tapşırığını doldurmaq zərurətindən özünü birdəfəlik azad edir.
Mobil Şöbə əlavəsindəki yeni xidmətdən istifadə etdikdə, hər ay kommunal xidmətləri ödəmək, mobil telefon balansını artırmaq, krediti borcunu ödəmək və bu kimi öhdəlikləri yaddan çıxaracaqsınız! Bundan əlavə, öz kartlarınız və digər bankların kartları arasında avtomatik pul köçürmələrini də yerinə yetirmək mümkün oldu.
Bank Respublika-nın Avtomatik ödəniş xidmətinin digər üstünlüklərindən biridə, ödnişləri həm tarix üzrə, həm də borcların yaranmasından asılı olaraq müəyyən etməkdir. Mobil Əlavə həmçinin yaranmış borcunu da özü müəyyən edib ödənişi həyata keçirir.
Avtoödəniş –olduqca asan, rahat, surətli və pulsuz ödəniş xidmətidir.
Mobil Şöbə xidməti haqqında ətraflı məlumat:
https://www.bankrespublika.az/content/az/112