Bank Respublika nağd kredit alanlara həddiyə kartlarının təqdim olunması kampaniyasını davam edir. İndi kampaniyanın müddəti yanvarın sonunadək davam edəcək.
Kredit məbləğindən asılı olaraq, hədiyyə kartları 20, 50, 100 və 150 manat civarında nəzərdə tutulub. Hədiyyə olunan məbləği müştərilər partnyor şəbəkəsində (Bank Respublikanın POS terminal olan satış nöqtələri və PayKart bonus şəbəkəsində – https://www.paykart.az/page/7) xərcləyə biləcəklər.
Bu kredit növü rəsmi iş yeri olanlar üçün tək şəxsiyyət vəsiqəsi ilə verilir. Xatırladırıq ki, kreditin maksimal mәblәği 10 000 manat, müddәti isә 36 ay tәşkil edir. 5 000 manatadәk nağd kredit isә zaminsiz də verilә bilәr.
Nağd pul kreditini rәsmilәşdirmәk üçün bankın Sizә uyğun filialı vә ya bankın internet səhifəsindən onlayn әrizә ilә müraciәt etmәk olar.
Kredit haqqında daha әtraflı mәlumat üçün bu linkә keçin: https://goo.gl/RTgRmG