Bank Respublika cari ilin ikinci rübünü 4 milyon 485 min manat xalis mənfəətlə başa vurub. Keçən ilin müvafiq dövründə isə “Bank Respublika”nın xalis mənfəəti 12 milyon 832 min manat olub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
2020-ci ilin birinci yarımilliyində bankın gəlirləri 51 milyon 795 min manat (illik müqayisədə 12% az), xərcləri 44,004 milyon manat (illik müqayisədə 15,4% çox), mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar isə 3 milyon 306 min manat təşkil edib.
Hesabat dövründə Bank Respubklikanın cəmi aktivləri 1 milyard 35 milyon 567 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 27% azalma deməkdir. Bunun 451 milyon 724 min manatı müştərilərə verilmiş kreditlərdir.
Bu ilin iyul ayının 1-nə bankın öhdəlikləri 954 milyon 230 min manat, o cümlədən depozit portfeli 678 milyon 458 min manat, cəmi kapitalı isə 81 milyon 337 min manat olub.