6 C
Baku
Tuesday, February 27, 2024

“Bank Respublika” ilk rübü mənfəətlə bağladı

“Bank Respublika” 2021-ci ilin ilk rübünü 2 milyon 878 min manat xalis mənfəətlə başa vurub. 2020-ci ilin müvafiq dövründə isə bankın xalis mənfəəti 2 milyon 885 min manat olub.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-mart aylarında “Bank Respublika”nın gəlirləri 23 milyon 24 min manat, xərcləri 21 milyon 450 min manat təşkil edib. Ötən ilin eyni aylarında isə bankın cəmi gəlirləri 27 milyon 271 min manat , cəmi xərcləri 22 milyon 259 min manat olub.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu il aprelin 1-nə “Bank Respublika”nın aktivləri 1 milyard 111 milyon 926 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 7.5% çoxdur. Bunun 484 milyon 399 min manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ilin 3 ayında Bankın kredit portfeli 8.4% böyüyüb.

DEPOZİT PORTFELİ ARTIB

Hesabat dövründə “Bank Respublika”nın öhdəlikləri 8% artaraq 1 milyard 27 milyon 670 min manata, o cümlədən depozit portfeli 13% artaraq 778 milyon 836 min manata çatıb. Fiziki şəxslərin depozitləri 324 milyon 869 min manat, hüquqi şəxslərin depozitləri isə 453 milyon 968 min manat təşkil edib. Həmçinin bankın cəmi kapitalı 4.3% artaraq 84 milyon 255 min manat olub.

Xatırladaq ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları – DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.

r1 r3 r4r2

Son xəbərlər
Digər xəbərlər