15 C
Baku
Tuesday, November 18, 2025

Bank Respublika inkişafını davam etdirir: Göyçayda 40-cı filialını istifadəyə verdi

®Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, müştərilərin rahatlığını və xidmətə əlçatanlığını artırmaq məqsədilə Göyçay şəhərində ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş yeni filialının təntənəli açılışını edib.

Sayca Bankın 40-cı filialı olan Göyçay filialı, müasir bank standartlarına uyğun infrastruktur, rahat müştəri zonası və yüksək xidmət keyfiyyəti ilə seçilir.

Təntənəli açılışda iştirak edən bankın rəhbərliyi, yüksək standartlara cavab verən yeni filialın açılışını bildirən rəmzi qırmızı lenti kəsərək filialı müştərilərin istifadəsinə verib.

“40-cı filialın Bank üçün sadəcə rəqəm deyil — müştərilərin etimadının, bankın regionlara göstərdiyi dəyərin və davamlı inkişaf strategiyasının nəticəsi olduğunu” qeyd edən Bankın rəhbərliyi, yeni filialda da biznesin bütün istiqamətləri üzrə iş adamlarına dəstək olunacağını, eləcə də əhaliyə müasir bank məhsullarının sərfəli şərtlərlə təqdim ediləcəyini bildirib.

Bankın yeni filialı – Göyçay şəhəri, Mehdi Hüseynzadə küçəsi 2D ünvanında fəaliyyət göstərəcək

📌 Daha ətraflı məlumat üçün:
🌐 Veb sayt: www.bankrespublika.az
📱 Sosial şəbəkələr:  🔵 Facebook | 📸 Instagram | 🔗 LinkedIn      | 📨 Telegram
📞 Çağrı Mərkəzi: 144

05 BR Goycay scaled 04 BR Goycay scaled 02 BR Goycay 1 scaled 02 BR Goycay scaled  06 BR Goycay scaled

Son xəbərlər
Digər xəbərlər