“Bank Respublika” istehlak kreditinin verilmə şərtində dəyişiklik edib

“Bank Respublika” istehlak kreditinin verilmə müddətini daha 12 ay müddətinə artırıb.

Banker.az-ın monitorinq qrupu bildirir ki, bankın Nağd pul kreditinin müddətini 24 aydan 36 ayadək uzadıb.

Bank bundan əlavə, onlayn onlayn kredit sifarişində komissiyaya 50% endirim edəcək. Hazırda kreditin komissiyası 1 faiz təşkil edir.

Qeyd edək ki, “Bank Respublika” müştərilərə bu krediti 15 min manatadək zaminsiz təminatla təqdim edir. Kreditin zaminlə isə 30 min manatadək əldə edilmə imkanı var.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.