8 C
Baku
Thursday, December 12, 2024

Bank Respublika kapital artımına gedir

3 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Bank Respublika” ASC-nin ümumi dəyəri 500,000 manat olan səhmləri (AZ1002002884) standart bazar seqmentində listinqə daxil edilib.

Bu barədə Banker.az-a BFB-dən məlumat daxil olub.

Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Bank hər birinin nominal dəyəri 2.45 manat olan 204 082 ədəd səhm buraxacaq.

Abunə yazılışı 20.11.2023-30.11.2023 tarixində keçirləcək. Yerləşdirmə üzrə anderrayter “ Paşa Kapital  İnvestisiya Şirkəti” QSC-dir.

Xatırladaq ki, “Bank Respublika” ASC 1992-ci ildə təsis edilib. Hazırda 73 461 089 manat nizamnamə kapitalı var.

Səhmdarlar bunlardır:

  • 63,29% – Natiq Quliyev
  • 18,46% – Elçin Quliyev
  • 8,47% – Namiq Quliyev
  • 5,45% – Şakir Rəhimov
  • 4,25% – “Sparkassen Internatıonal Development Trust” Şirkəti (Almaniya)
  • 0,08% – Adları açıqlanmayan hüquqi və fiziki şəxslər
Son xəbərlər
Digər xəbərlər