11 C
Baku
Çərşənbə, Dekabr 1, 2021

“Bank Respublika” kredit portfelini 40%, depoziti isə 15% böyütdü

Azərbaycanın beşinci ən böyük bankı “Bank Respublika” ASC 2021-ci ilin ilk 9 ayı ərzində balans kredit və depozit portfelində artımlar əldə edib. Banker.az bu barədə Bankın ilin üçüncü rübü (R3) üçün açıqladığı maliyyə hesabatına istinadla xəbər verir.

Bankın aktivlərinin həcmi ilin ilk 9 ayı ərzində 160.29 milyon manat (15.5%) artımla 1 milyard 194.33 milyon manata yüksəlib. Aktivlərin böyüməsini əsas dəstəkləyən amil isə onun müştərilərə verdiyi kreditlərdir. Məsələn, ilin əvvəlində  446.87 milyon manatlıq kredit portfeli R3-ün sonuna 624.59 milyon manata yüksəlib. Bu da həmin dövrdə 177.72 milyon manat, yaxud 39.8% artım deməkdir. Kredit portfelinin  117.79 milyon manatı istehlak, 447.91 milyon manatı biznes, 58.61 milyon manatı isə ipoteka kreditləri olmuşdur. Kredit portfelindəki istehlak, biznes və ipoteka kreditləri son 9 ay ərzində müvafiq olaraq  58.08 milyon manat (97.3%), 115.08 milyon manat (34.6%) və 4.53 milyon manat (8.4%) artmışdır.

Aktivlərdə digər paya sahib olan qiymətli kağızlardan isə “Bank Resoublika” əlini çəkib. Məsələn, 72.16 milyon manatlıq bu portfeli 47.28 milyon manata qədər (34.5%) azaldıb.

MÜŞTƏRİLƏRİN İNAMI ARTIR

Bank 2021-ci ilin ilk 9 ayı ərzində 104.65 milyon manat, yaxud 15.2% depozit portfelində artım etməklə, portfeli  794.28 milyon manata çatdırıb. Bankın depozit portfelinin  381.13 milyon manatı fiziki və 413.15 milyon manatı isə hüquqi şəxslərin vəsaitləridir. Bu portfel bölgüsündə də müvafiq olaraq 68.4 milyon manat (21.9%) və 36.18 milyon manat (9.6%) artımışdır.

Qeyd edək ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində “Bank Respublika” ASC  12.1 milyon manat xalis mənfəət əldə etdiyindən beləliklə, balasındakı yığılmış zərər, 5.6 milyon manat bölüşdürülməmiş mənfəətlə əvəzlənib.

342323

Son xəbərlər
Oxşar xəbərlər
X