18 C
Baku
Çərşənbə, May 25, 2022

Bank Respublika lotereyanın ilk 100 qalibinə hədiyyələr təqdim etdi

® Yarandığı kiçik müddət ərzində böyük həcmdə keşbek, uçuş milləri, danışıq dəqiqələri, mobil internet və hətta kartdakı qalıq məbləğə görə faiz gəliri qazandıran NeoKart, “NeoKartla qazan!” stimullaşdırıcı lotereyası çərçivəsində müştərilərinə bir-birindən dəyərli hədiyyələr qazandırıb.

5 nəfərdən ibarət müstəqil komissiya üzvünün iştirakı ilə müəyyən edilən 100 şanslı qalibə hədiyyələr Bank Respublikanın əməkdaşları tərəfindən təntənəli təqdimetmə mərasimində verilib.

İlk tirajın nəticələrinə əsasən 5 nəfər SamSung Galaxy S20 smartfonu, 5 nəfər – Samsung Galaxy Tab A7 planşeti, 5 nəfər – Samsung Galaxy Fit smart saatı, 10 nəfər – Xiomi Mi 10 000 mAh poverbankı, 25 nəfər – 100 AZN məbləğində pul uduşu, 50 nəfər – 50 AZN məbləğində pul uduşu qazanıb.

Birinci tirajda 25.10.2021 – 31.12.2021-ci il tarixləri ərzində ölkə daxilində və xaricində, eləcə də internet üzərindən NeoKart ilə mal və ya xidmətlər üzrə minimum 10 AZN (vəya ekvivalenti) məbləğində nağdsız ödəniş edən müştərilər iştirak edirdi.

Qeyd edək ki, “NeoKartla qazan!” lotereyası davam edir və 14 may tarixində keçiriləcək ikinci tirajda bir çox dəyərli hədiyyə və super hədiyyə olan Toyota RAV4 LOW 2.5L Hybrid avtomobili oynanılacaq.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

U96A1957 1 U96A1901 U96A1928 U96A1933 U96A1938 U96A1944 U96A1950

 

 

Son xəbərlər
Oxşar xəbərlər