14 C
Baku
Thursday, March 28, 2024

Bank Respublika müştəriləri krediti WhatsApp üzərindən sifariş edə biləcəklər

İstifadə etdiyiniz rəqəmsal kanallardan sürətli və peşəkar maliyyə dəstəyi ala bilmirsiniz?

Müştərilərin müasir tələblərinə cavab verən Bank Respublika istənilən vaxt, istənilən yerdə istehlakçıların istifadə etdikləri smartfon və ya kompüter üzərindənyeni kommunikasiya kanalını təklif edir.

İndi Bankın bütün müştəriləri banka gəlmədən smartfon vasitəsilə asanlıqla və artıq vaxt itirmədən kredit almaq üçün müraciət edə biləcəklər. Bu fürsəti Bankın yeni və faydalı WhatsAppKredit xidməti təmin edəcək.

Müraciət etmək üçün ad, soyad və əlaqə nömrəsinin WhatsApp messenceri üzərindən (050) 24 59 144 nömrəsinə göndərilməsi kifayət edir. Bank əməkdaşının suallarına cavab verdikdən sonra qısa  müddətdə müraciət edən şəxsə kreditin şərtləri və verilməsi haqqında ətraflı məlumat veriləcək.

“Bank Respublika”dan kredit almağın üstünlüklərindən biri ölkənin ən yaxşı mobil əlavələrindən biri sayılan “MobilŞöbə” və “Bankım.az” internet bankinq xidmətindən istifadə etmək imkanıdır.

Məlumdur ki, hər ay istifadə etdiyimiz bir sıra xidmətlər müqabilində müvafiq tarixdə müxtəlif ödənişlərin edilməsi tələb olunur. “Avtoödəniş” xidməti hər ödənişin tarixini yadda saxlamaq zərurətindən Sizi azad edərək, təyin edilmiş məbləğ və tarixə uyuğun ödənişi yerinə yetirəcək.

Bu xidmətlər vasitəsilə kredit ödənişlərini asanlıqla və banka gəlmədən yerinə yetirmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər