23 C
Baku
Sunday, October 6, 2024

“Bank Respublika” – nın qaytarılmayan borcları ciddi şəkildə artıb

Daha bir bank cari ilin II rübü üzrə göstəricilərini açıqlayıb.

Banker.az Bank Respublikanın yaydığı məlumata əsasən xəbər verir ki, II rüb bankın vaxtı keçmiş kreditləri kəskin şəkildə artıb.

Belə ki, II rüb bankın ödənilməyən borcları 33 010 650 manat (10.5%) təşkil edib ki, bu da ötən rüb ilə müqayisədə 11 342 100 manat və yaxud 52% çoxdur.

Təkcə ilin I rübündə bankın problemli kreditləri 6.5 dəfə artmışdır. İlin əvvəlindən isə yəni 6 ay ərzində bankın vaxtı keçmiş kreditləri 27 921 750 manat artıb.

Son xəbərlər
Digər xəbərlər