“Bank Respublika” ASC-nin Müşahidə Şurasına yeni üzv seçilib.
Banker.az-ın əldə etdiyi məlumata görə, Şavkat Akmalov (Shavkat Akmalov) Müşahidə Şurasının müstəqil üzvü seçilib.
Şavkat Akmalov 2004-cü ildə Daşkənd Maliyyə İnstitutunda “Maliyyə xidməti” ixtisası üzrə bakalavr dərəcəsi almışdır.
Bununla da Müşahidə Şurasının ümumi tərkibi 6 şəxsə yüksəlib. Hazırda Şakir Rəhimov bankın nəzarətçi orqanına rəhbərlik edir.
O, 2006-cı ildə Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunda “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə magistr dərəcəsi alıb.
2021-ci ildə Oksford Biznes Məktəbində “İcraedici Liderlik” kurslarını bitirib.
Xatırladaq ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73.461 milyon manatdır. Bankın səhmdarları aşağıdakı kimidir:
Natiq Saday oğlu Quliyev | 63.32% |
Elçin Saday oğlu Quliyev | 18.46% |
Namiq Saday oğlu Quliyev | 8.47% |
Şakir Rəhimov Xəyyam oğlu | 5.45% |
SİDT | 4.22% |
Diger | 0.08% |