24 C
Baku
Thursday, September 29, 2022

“Bank Respublika” ötən il ərzində 44% böyüyüb

“Bank Respublika” ASC-nin cəmi aktivləri 2018-ci il ərzində 299,4 mln. manat artıb.

Banker.az  bu barədə bankın 2018-ci ilin sonuna olan maliyyə hesabatına istinadən xəbər verir.

Bankın cəmi aktivləri 44% böyüməklə 983,1 mln. manata çatıb. Bununlada cəmi aktivlərdəki artım, bank tarixinin tarixi rekordudur. (Reytinq ilə bu linkdə tanış olmaq olar)

Cəmi aktivlərin 343,63 mln. manatı müştərilərə verilən kreditdir. Bu rəqəm isə ilin əvvəlində 226,97 mln. manat təşkil edirdi.

Eləcə də oxu: 2018-ci ilin nəticələrinə əsasən“Bank Respublika”nın əməliyyat mənfəəti 85% artıb

Bankın kredit portfeli ilə yanaşı depozit portfeli üzrə rəqəm də müsbətdir. Belə ki, hazırda bankın depozit portfeli 715,48 mln. manatdır. Bu da cəmi öhdəliklərdə 77% pay sahibliyinə malik olması deməkdir. Bildirək ki, hazırda bankın öhdəlikləri 926,33 mln. manatdır.

Son xəbərlər
Oxşar xəbərlər