2022-ci il üzrə “Bank Respublika”da ümumi işçilərin sayı 1476 nəfər təşkil edib.
Banker.az bu barədə bankın illik hesabatına istinadən xəbər verir.
Bankın il ərzində işçilərinin sayında artım 236 nəfər olub.
Qeyd edək ki, 2022-ci ilin iyunun sonuna “Bank Respublika”da işçi sayı 1408 nəfər təşkil edib.
Xatırladaq ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73.461 milyon manatdır.