28 C
Baku
Saturday, July 27, 2024

Bank Respublikanın Müşahidə Şurasının növbədənkənar iclası keçiriləcək

“Bank Respublika” ASC-nin səhmdarları 2020-ci ilin ilk iş günü (7 yanvar 2020) başlarkən növbədənkənar ümumi yığıncaq keçirmək planlayır.

Banker.az bunu Banka istinadən xəbər verir.

Bank açıqlamasında bildirib ki, yığıncağın gündəliyinə iclasın sədrlik və katibliyin təyin edilməsi və gündəliyin təsdiq edilməsi; Müşahidə Şurasının tərkibini təsdiq edilməsi; maliyyə nəticələri; Səhmdarların ümumi yığıncağının əsasnaməsinin və eləcə də MŞ-nin əsasnaməsinin təsdiq edilməsi kimi məsələlər daxil edilib.

Bankın Müşahidə Şurasına Şakir Rəhimov sədrlik etməklə Natiq Quliyev, Elçin Quliyev, Steffan Carsten və İrina Şmidt adlı üzvlərdən ibarətdir.

Hazırda “Bank Respublika” ASC-nin nizamnamə kapitalı 73,46 mln. manatdır və payçıları aşağıdakı kimidir:

  • 51,13% – Natiq Quliyev
  • 16,60% – Deg İnvestisiya və İnkişaf Korporasiyası (Almaniya)
  • 7,74% – Elçin Quliyev
  • 7,41% – Sevda Quliyeva
  • 7,32% – Saday Quliyeva
  • 5,45% – Şakir Rəhimov
  • 4,25% – Sparkassen Internatıonal Development Trust Şirkəti (Almaniya)

 

Son xəbərlər
Digər xəbərlər