“Bank Respublika” ASC 2025-ci ilin yanvar ayında səhmdarları üçün 12.5 milyon manat həcmində dividend elan edib və bu məbləğ 2025-ci ilin fevral ayında tam ödənilib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.
2024-cü maliyyə ilini 53 milyon manat xalis mənfəətlə tamamlayıb. Bu göstərici 2023-cü ilin nəticələri ilə müqayisədə 26.2% artım deməkdir. 2023-cü ildə xalis mənfəəti 42 milyon manat idi.
Məlumata görə, “Bank Respublika”nın səhmləri əsasən fiziki şəxslərin əlində cəmləşib. Səhmdar payları aşağıdakı kimidir:
- Quliyev Natiq Saday oğlu – 63.32%
- Quliyev Elçin Saday oğlu – 18.46%
- Quliyev Namiq Saday oğlu – 8.47%
- Rəhimov Şakir Xəyyam oğlu – 5.45%
- SIDT– 4.22%
- Digərləri – 0.08%