“Bank Respublika” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirləcək.
Banker.az bankın İdarə Heyətinin açıqlamasına istinadən bildirir ki, yığıncaq 27 yanvar 2021-ci il saat 11:00-da, Xaqani küçəsi, 21 ünvanında yerləşən bankın baş ofisində keçiriləcək.
İclasın gündəliyinə: iclas sədrinin və katibinin təyin edilməsi; iclasın gündəliyinin təsdiq edilməsi; “Bank Respublika”nın ilin maliyyə nəticələri və mükafatın ödənilməsi haqqında.






