8 C
Baku
Sunday, January 29, 2023

“Bank Respublika” səhmdarlarına dividend ödəyəcək

“Bank Respublika” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağ 16 yanvar 2023-cü ildə saat 12:00-da Bakı şəhəri, Xaqani küçəsi, 21 ünvanında yerləşən bankın baş ofisində keçiriləcək.

Bu barədə Banker.az “Bank Respublika” ASC-nin İdarə Heyətinin açıqlamasına istinad edir.

Gündəlikdəki məsələlər:

1. İclasın sədrinin və katibinin təyin edilməsi;
2. İclasın gündəliyinin təsdiq edilməsi;
3. “Bank Respublika” ASC-nin dividend siyasətinin təsdiq edilməsi;
4. “Bank Respublika” ASC-nin ilin maliyyə nəticələri və mükafatın ödənilməsi;
5. Xalis mənfəətin bölüşdürülməsi.

1 oktyabr 2022-ci il tarixinə onun balansında 16.73 mln. manat bölüşdürülməmiş mənfəət var idi.

Xatırladaq ki, Bank Respublika 1992-ci ildə yaradılıb və onun səhmdarları aşağıdakı şəxslərdir:

  • 67.75%-i Natiq Quliyev
  • 15.06%-i Elçin Quliyev
  • 7.41%-i Namiq Quliyev
  • 5.45%-i Şahir Rəhimov
  • 4.25%-i Sparkassen Internatıonal Development Trust Şirkəti (Almaniya)
  • 0.08%-i adları açıqlanmayan hüquqi və fiziki .əxslər
Son xəbərlər
Digər xəbərlər
X