-1 C
Baku
Sunday, December 15, 2024

“Bank Respublika” sığorta şirkətində əlavə pay aldı – Payı 79.4%-i keçdi

“Bank Respublika” ASC 2023-cü ilin ikinci rübü sığorta şirkətindəki payını bir qədər də yüksəldib.

Banker.az xəbər verir ki, indiyə qədər bank “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin əlavə 3 303 ədədini satın alıb. Aprel ayında baş tutan bu əməliyyatdan sonra “Bank Respublika”nın “Bakı Sığorta” ASC-də payı 51.29%-dən 79.42%-ə qədər yüksəlib.

Sığorta şirkətinin səhmlərinin hər birinin 760 manat olduğunu nəzərə alsaq, bu, ümumi 2 510 280 manatlıq səhm paketidir. Sığorta şirkətinin səhm kapitalının həcmi 8 925 440 manat təşkil edir.

Bankın hansı şəxsdən bu səhmləri aldığı açıqlanmır. Buna qədər səhmlərin 19.76%-i Toyota Absheron Center-ə, 6.97%-i Murad Rəhimov, 6.93%-i Behbud Nəcəfova, 6.84%- Yeni Motor Şirkətinə, 6.68%-i Ekolizinq Şirkəti və 1.53%-i Daimond Motors Şirkətinə məxsus idi.

 

Son xəbərlər
Digər xəbərlər