10 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

Bank Respublika və Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

®Ölkəmizdə təhsilin inkişafına böyük önəm verən Bank Respublika və respublikamızın qocaman ali təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən memorandum bankın nümayəndələri və universitetin struktur rəhbərlərinin iştirakı ilə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov və UNEC rektoru, professor Ədalət Muradov tərəfindən imzalanıb.

Memorandumda UNEC ilə Bank Respublika arasında müasir təhsil proqramları sahəsində əməkdaşlıq, təhsil və bank sahəsində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, biznes proseslərində təhsil və informasiya texnologiyalarının tətbiqi, birgə seminar, treninq, konfrans və digər tədbirlərin təşkili, bankda tələbələr üçün staj keçirilməsi, sosial layihələrin işlənməsi və s. nəzərdə tutulur.

İmzalanma mərasimində çıxış edən rektor Ədalət Muradov UNEC-də həyata keçirilən yeniliklərdən söz açıb və universitetin hədəfləri barədə məlumat verib. Bank Respublika ilə əməkdaşlığın genişləndirilməsindən məmnunluğunu ifadə edən rektor, gənc müəllimlərin xarici universitetlərdə tədqiqat aparması, eləcə də xaricdə fəaliyyət göstərən müəllimlərin UNEC-də tədrisə cəlb olunması istiqamətində tərəfdaşlığın vacibliyini bildirib.

Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov UNEC ilə əməkdaşlığın perspektivlərindən söhbət açıb. Bank Respublikanın gənclərin peşəkar mütəxəssis kimi yetişməsinə dəstək olacağını deyib. Eləcə də bankın əməkdaşlarının UNEC-in korporativ təhsil imkanlarından yararlana biləcəyinin hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.

Unec 08 scaled Unec 06 scaled Unec 03 Unec 04 scaled Unec 02 scaled

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər
Oxşar xəbərlər