26 C
Baku
Thursday, May 30, 2024

Bank Respublika və Bank of New York Mellon rəhbərliyi arasında görüş keçirilib

®Qlobal maliyyə xidmətləri şirkəti olan “Bank of New York Mellon”un (BNY Mellon) yüksək vəzifəli əməkdaşlarından ibarət geniş nümayəndə heyəti “Bank Respublika”nı ziyarət edib.

“Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimovun rəhbərliyi ilə keçirilən görüşdə tərəflər BNY Mellon-un ölkəmizin qlobal maliyyə bazarlarına çıxış imkanlarının genişləndirilməsindəki rolundan, eləcə də Bank Respublika ilə əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.

Qeyd edək ki, Bank Respublika ölkə bankları arasında qarşıya qoyulan bütün beynəlxalq prosedurları uğurla icra edərək BNY Mellon-da ABŞ dolları ilə müxbir hesabı açmağa müvəffəq olmuş ilk banklardan biridir. BNY Mellon ilə tərəfdaşlıq əlaqələrinin qurulması, Bank Respublika-nın beynəlxalq hesablaşmalar bazarında Banka olan yüksək etimadın növbəti göstəricisidir.

Bank Respublika-nın dünyanın aparıcı bankı ilə əməkdaşlıq haqqında əldə etdiyi razılaşmalar beynəlxalq hesablaşmalar sahəsində fəaliyyətin genişləndirilməsinə, beynəlxalq pul köçürmələri xidmətlərinin inkişafına, habelə bankın qlobal maliyyə arenasında statusunun möhkəmlənməsinə xidmət edir. Xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, Bank Respublika fəaliyyətinin əsas prioritetlərindən biri olan bankın müştəriləri – korporativ sektor nümayəndələri, kiçik və orta sahibkarlara biznesi aparmaq üçün daha əlverişli şərait yaradır.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

02 FOTO

03 FOTO

04 FOTO

Son xəbərlər
 ⁠
Digər xəbərlər