21 C
Baku
Friday, June 28, 2024

Bank Respublika “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində EcoVeloFest festivalının keçirilməsinə dəstək oldu

®Fəaliyyətində idmanı və sağlam həyat tərzini təbliğ edən Bank Respublika,  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Gəncə şəhərində təşkil edilən EcoVeloFest festivalının keçirilməsinə dəstək oldu.

“Bank Respublika”nın baş sponsorluğu, Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped Federasiyasını dəstəyi ilə keçirilən festivala ölkəmizin müxtəlif regionlarından 200-ə yaxın xanım təhsil işçiləri qatılmışdır.

Festival çərçivəsində xanımlar arasında velo yarış keçirilmiş, ilk 3 yeri tutan iştirakçılara qiymətli hədiyyələr təqdim olunmuş, həmçinin, velo sərgi, velo-təlim və musiqili proqram təşkil olunmuşdur.

Festivalın əsas məqsədi – yaşıl dünya naminə ölkəmizin bütün regionlarında xanımlar arasında velosiped idmanının təşviqi, eləcə də sağlam həyat tərzinin təbliği olmuşdur. 

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

02 EcoVeloFest scaled

03 EcoVeloFest scaled

04 EcoVeloFest scaled

05 EcoVeloFest scaled

Son xəbərlər
 ⁠
Digər xəbərlər